RU

"Arsenal" yenidən lider oldu

İngiltərə Premyer Liqasının 18-ci turunda "Arsenal" doğma meydanda "Brayton"u qəbul edib.

Paralel.az xəbər verir ki qarşılaşma "topçular"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
27 dekabr

"Arsenal" - "Brayton" - 2:1
Qollar: M.Edeqor, 14, J.Rutter, 52-avtoqol – D.Qomes, 64

Bu qələbədən sonra xallarını 42-yə çatdıran "Arsenal" turnir cədvəlində liderliyini qoruyub saxlayır.

"Brayton" isə 24 xalla 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti turda "Arsenal" "Aston Villa"nı qəbul edəcək, "Brayton" isə səfərdə "Vest Hem"lə qarşılaşacaq.

Избранный
28
4
paralel.az

6Источники