RU

Texasda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub

ABŞ-nin Texas ştatında və ətraf bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub.

"Far.Az"un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən keçirilən səyyar konsulluq xidməti çərçivəsində 50-dən çox Azərbaycan vətəndaşı ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı və notariat xidmətlər ilə bağlı müraciət edib.

Səyyar konsulluq xidməti zamanı vətəndaşlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik olunub, onlara qarşıdan gələn 2026-cı ildə uğurlar arzulanıb.

Qeyd edək ki, indiyədək ABŞ-nin onlarla qərb və cənub şəhər və ştatlarında, o cümlədən Çikaqo, Boston və Nyu-Yorkda səyyar konsulluq xidmətləri həyata keçirilib.

Избранный
88
7
far.az

8Источники