1-ci Liqa təmsilçisi "Baku Sportinq"in qış hazırlıq planlarına aydınlıq gəlib.
Bu barədə Fanat.Az-a komandanın məşqçisi Röyal Nəcəfov məlumat verib:
"Komanda "Zaqatala" ilə oyundan sonra istirahətə buraxılıb. Yanvarın 4-də bir araya gələrək mövsümün qalan hissəsinin hazırlığına başlayacağıq.
Hazırlıq dönəmində dörd yoxlama görüşü nəzərdə tutulub".
Qeyd edək ki, Buzovna komandası 1-ci Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Sözügedən kollektivin 25 xalı var. Lider "Şəfa" isə 30 xala malikdir.
Nihat