"The Cure" qrupunun gitaristi Perri Bamento vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, musiqiçi 65 yaşında qısa sürən xəstəlikdən sonra evində dünyasını dəyişib.
Qeyd edək ki, Perri 1984-cü ildə Robert Smitin gitara texniki kimi qrupa qoşulub, 1990-cı ildən isə rəsmi üzv olub. O, 14 il ərzində 400-dən çox konsert verib.
2005-ci ildə qrupdan ayrıldıqdan sonra "Love Amongst Ruin" layihəsinə qoşulub. 2022-ci ildə yenidən "The Cure" qrupuna qayıdaraq 90-dan çox konsertdə, o cümlədən 2024-cü ildə Londondakı böyük konsertdə səhnəyə çıxıb. Musiqiçi ailəli idi.( Axşam.az)
"Cebheinfo.az"