RU

Tramp-Zelenski görüşünün vaxtı dəyişdirildi

ABŞ Prezidenti Donald Trampın dekabrın 28-də Floridada ukraynalı həmkarı Volodimir Zelenski ilə planlaşdırılan görüşü daha erkən vaxta keçirilib.

Bu barədə ABŞ liderinin Ağ Evin yaydığı iş qrafikində deyilir.

Yenilənmiş qrafikə əsasən, görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00-da - red.) Palm-Biçdə baş tutacaq - Trampın iqamətgahı Mar-a-Laqo kurortun yaxınlığında yerləşir. Tədbirin təfərrüatı barədə məlumat verilmir.

Dekabrın 26-da yayılan qrafikdə bildirilirdi ki, görüş yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 00:00-da - red.) başlayacaq.
Избранный
20
7
7news.az

10Источники