RU

Serbiya PUA istehsalına başlayacaq

Serbiya Prezidenti Aleksandar Vuçiç qlobal gərginliyin artması və milli təhlükəsizliyin gücləndirilməsi zərurəti səbəbindən ölkədə pilotsuz uçuş aparatlarının (PUA) genişmiqyaslı istehsalına başlanacağını elan edib.

Avtosfer.az TASS-a istinadən xəbər verir, o, bu barədə Müdafiə Nazirliyi və Serbiya Silahlı Qüvvələrinin Baş Qərargahı üçün yeni kompleksin təməlqoyma mərasimində jurnalistlərə bildirib.

"Biz çoxlu sərmayə qoyuruq. Ehtiyatımızda nə qədər dron olduğunu görüb təəccüblənəcəksiniz. Mart ayının sonunda böyük bir dron istehsalı zavodunun açılışını gözləyirəm. İstehsal burada, Serbiyada təşkil ediləcək", - deyə dövlət başçısı qeyd edib.

 

Избранный
43
2
avtosfer.az

3Источники