RU

Luka Toni: “Modriç 2025-ci ilin ən vacib transferidir”

İtaliya millisinin sabiq hücumçusu Luka Toni yerli mətbuata bir sıra açıqlamalar verib.

Apasport.az xəbər verir ki, o, xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin İtaliya çempionatına keçidini 2025-ci ilin ən mühüm futbol hadisəsi adlandırıb.

Veteran futbolçu bu transferin xüsusi əhəmiyyət daşıdığını bildirib: “Modriç 2025-ci ilin ən vacib transferidir. O, tamamilə fərqli səviyyədə futbolçudur. Belə oyunçular gənclərə qarşı rahatlıqla, hətta ağzında siqaretlə belə oynaya bilərlər. Modriç Səudiyyə Ərəbistanına gedərək böyük məbləğdə pul qazana bilərdi, lakin qazanmaqdan daha çox futbol oynamağı seçdi”.

Qeyd edək ki, 40 yaşlı yarımmüdafiəçi yayda azad agent kimi “Real Madrid”dən “Milan”a transfer olunub.

"Mançester Siti"nin müdafiəçisi "Barselona"ya keçə bilər

"Yuventus"dan inamlı qələbə

İtaliya çempionatı: “Komo”dan darmadağın, “Fiorentina” məğlub oldu

"Arsenal" ardıcıl beşinci qələbəsini qazanıb

"Çelsi" "Aston Villa" ilə bacarmadı

Избранный
25
1
apasport.az

2Источники