RU

Zelenski Trampla görüşdən əvvəl onlarla nədən DANIŞIB?

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı, Kanada və NATO nümayəndələri ilə sülh yolu ilə münaqişənin həlli üçün diplomatik səyləri və əsas prioritetləri müzakirə edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Zelenski özü danışıb.

Zelenskinin Aİ, Kanada və NATO nümayəndələri ilə görüşü ABŞ Prezidenti Donald Trampla görüşü ərəfəsində baş tutub.

Görüşdə Kanadanın Baş naziri Mark Karni, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcio Meloni, Danimarkanın Baş naziri Mette Frederiksen, Polşanın Baş naziri Donald Tusk, Hollandiyanın Baş naziri Dik Şuf, Norveçin Baş naziri Yonas Qar Stör, İsveçin Baş naziri Ulf Kristersson, Avropa Şurasının prezidenti Antonio Kosta, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniya Baş nazirinin müşaviri Conatan Pauell iştirak ediblər.

Zelenski iştirakçılara koordinasiya və dəstəyə görə təşəkkür edib:

"Söhbətimiz zamanı diplomatik irəliləyişləri, ən vacib prioritetlərimizi birlikdə müzakirə etdik. Ukrayna bütün dəstəyə görə minnətdardır. Prezident Trampla görüşümüzdən sonra sabah söhbəti davam etdirəcəyik".

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
1
cebheinfo.az

2Источники