Bakı. Trend:
Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, günorta saatlarındanaməlum şəxs sərnişin qismində 54 saylı xətt üzrə hərəkət edənavtobusa daxil olaraq sürücünün mobil telefonunu talayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdəşübhəli bilinən 31 yaşlı S.Quluzadə müəyyən olunaraq saxlanılıb.Araşdırmalarla həmin şəxsin avtobusa sərnişin qismində daxil olduğuvə anidən yanında dayandığı sürücünün mobil telefonunu götürərəkqaçdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.