RU

Bu axşam futbol üzrə ilin ən yaxşıları seçiləcək

Bu axşam Dubayda keçiriləcək “Globe Soccer Awards 2025” mərasimində dünya futbolunun ən yaxşıları mükafatlandırılacaq.

İdman.Biz xəbər verir ki, tədbir “Atlantis The Royal” otelində təşkil olunacaq və artıq bütün əsas nominasiyalar üzrə finalçıların siyahısı açıqlanıb. Qaliblər mərasim zamanı canlı şəkildə elan ediləcək.

“İlin ən yaxşı kişi futbolçusu” nominasiyasında Usman Dembele, Kilian Mbappe, Rafinya, Vitinya və Lamin Yamal finalçılar sırasındadır.

“İlin ən yaxşı məşqçisi” nominasiyasında Xabi Alonso, Mikel Arteta, Luis Enrike, Hansi Flik və Enzo Mareska yer alıblar.

“İlin ən yaxşı hücumçusu” nominasiyasında Usman Dembele, Xviça Kvaratsxeliya, Kilian Mbappe, Rafinya və Lamin Yamal mübarizə aparacaq.

“İlin ən yaxşı yarımmüdafiəçisi” nominasiyasında Cud Bellinqhem, Joau Neveş, Kol Palmer, Pedri və Vitinya finalçıdırlar.

“İlin ən perspektivli oyunçusu” nominasiyasında isə Arda Güler, Kenan Yıldız, Pau Kubarsi, Joau Neveş və Desire Doue namizədlər arasındadır.

“İlin ən yaxşı kişi klubu” nominasiyasında “Barselona”, “Çelsi”, “Flamenqo”, “Liverpul” və PSJ yer alır.

“İlin ən yaxşı qadın futbolçusu” nominasiyasında Aitana Bonmati, Aleksia Putelyas, Alessia Russo, Mariona Kaldentey və Melçie Dumornay yer alır.

“İlin ən yaxşı qadın klubu” nominasiyasında “Arsenal”, “Barselona”, “Çelsi” və “Yuventus” mübarizə aparır.

“Yaxın Şərqin ən yaxşı futbulçusu” nominasiyası siyahısında Salem əl-Dausari, Kərim Benzema, Kriştiano Ronaldu və Riyad Mahrez var.

Qeyd edək ki, “Globe Soccer Awards” hər il futbol dünyasında fərqlənən oyunçuları, məşqçiləri və klubları mükafatlandıran nüfuzlu beynəlxalq tədbirdir. Qaliblər bu axşam açıqlanacaq.

İdman.Biz
Избранный
38
1
idman.biz

2Источники