RU

Problemli kreditlərin həcmi yenidən artdı - Çıxış yolu nədir?

Bu ilin 10 ayında ölkədə problemli kreditlərin həcmi 805.5 milyon manata çatıb. Nəzərə alsaq ki, ilin son iki ayının nəticələri hələ açıqlanmayıb, bu məbləğin artacağı istisna edilmir. Məlumata görə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14.5 faiz çoxdur. Beləliklə, son bir il ərzində problemli kreditlərin həcmi təxminən 102 milyon manat artıb.

Hit.az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, bu ilin yay aylarınadək bankların kredit şərtlərini nisbətən sadələşdirməsi və faiz dərəcələrinin artması problemli kreditlərin həcminə təsir göstərib.

İpoteka kreditləri üzrə problemli kreditlərin həcmində isə bu il azalma qeydə alınıb. Belə ki, ilin əvvəlində ipoteka kreditləri üzrə qeyri-işlək borcların həcmi 34 milyon manat olduğu halda, ötən ayın əvvəlində bu göstərici 32.1 milyon manata enib. Bununla yanaşı, qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cüzi artım göstərib.

Xalid Kərimlinin fikrincə, bank sektorunda risklərin azaldılması istiqamətində tədbirlərin gücləndirilməsinə ehtiyac var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Избранный
11
6
hit.az

7Источники