RU

Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı

Dünya aviasiya tarixində ilk dəfə olaraq iki pilotsuz qırıcı təyyarə avtonom şəkildə qol uçuşu (təyyarələrin havada bir-birinə yaxın məsafədə, müəyyən bir düzülüşlə uçması - red.) həyata keçirilib.

Publika.az bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verir.

Bildirilir ki, "Bayraktar Kızılelma" pilotsuz qırıcı təyyarəsi çətin sınaq uçuşunu qüsursuz şəkildə başa vurub.

Çorluda keçirilən bu tarixi sınaqda "Kızılelma"nın PT3 və PT5 nömrəli prototipləri təkmilləşdirilmiş ağıllı alqoritmlər sayəsində avtonom döyüş pilotu ilə koordinasiyalı şəkildə qol uçuşu icra edib.

Bu uğurlu uçuşla dünya aviasiya tarixində ilk dəfə iki pilotsuz qırıcı təyyarə tamamilə avtonom rejimdə yaxın qol uçuşu reallaşdırıb.

Избранный
84
publika.az

1Источники