RU

Cəbrayıl şəhərinə və Horovlu kəndinə mövsümün ilk qarı yağıb  

Cəbrayıl şəhərinə və Horovlu kəndinə qış mövsümündə ilk qar yağıb, ağ örpəyə bürünən şəhər və kəndin gözəlliyi diqqət çəkib.

Gecə saatlarında başlayan qarın hündürlüyü təxminən 3 santimetrə qədərdir. Ağ örpəyə bürünən şəhərin ən çox sevinənləri isə balaca sakinləri olub. Hazırda da şəhərə qarın yağması davam edir.

Şəhərlə yanaşı rayonun Horovlu kəndinə də mövsümün ilk qarı yağıb. Sakinlər uzun illərdən sonra ilk qarın sevincini öz doğma kəndlərində yaşayıb.

Избранный
33
5
azerbaijan-news.az

6Источники