RU

Makron və Merz arasındakı fikir ayrılıqları Putinə görə dərinləşib

Ayna saytına istinadən ain.az xəbər verir.

"Der Spiegel": Artıq onların arasında birbaşa qarşıdurma mümkün görünür

Emmanuel Makron və Fridrix Merz arasında fikir ayrılıqları Rusiya lideri Vladimir Putinlə dialoqu bərpa etmək təklifi ilə bağlı daha da dərinləşib. AYNA.AZ xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.

Bildirilib ki, Fransa liderinin bu addımı Merzlə əlaqələndirilməyib. Kanslerin yeganə variantı Fransa ilə açıq münaqişədən qaçmaqdır.

"Der Spiegel" həmçinin yazıb ki, Almaniya və Fransa liderləri arasındakı fikir ayrılıqlarını gizlətmək getdikcə çətinləşir. Artıq onların arasında birbaşa qarşıdurma mümkün görünür.

Qeyd edək ki, Makrob bir müddət əvvəl Putinlə dialoqun bərpasının vacibliyini dilə gətirmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
64
ayna.az

1Источники