RU

BMT Ukrayna münaqişəsinin həllinə yetərincə töhfə vermir Tramp

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının münaqişələrin, o cümlədən Ukraynadakı qarşıdurmanın nizamlanması istiqamətində kifayət qədər fəal rol oynamadığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Amerika lideri Tayland və Kambocanın sərhəd münaqişəsi zonasında atəşkəs rejiminin tətbiqi ilə bağlı saziş imzalamasına toxunaraq, ABŞ-nin həmişə olduğu kimi bu prosesdəki dəstəyindən qürur duyduğunu qeyd edib.

Tramp vurğulayıb ki, son 11 ay ərzində onun iştirakı ilə səkkiz müharibə və münaqişənin dayandırıldığını və ya nizamlandığını nəzərə alsaq, ABŞ faktiki olaraq BMT-nin yerinə yetirməli olduğu rolu icra edir. Onun sözlərinə görə, BMT həmin halların çoxunda, o cümlədən Rusiya ilə Ukrayna arasında cərəyan edən müharibədə yetərincə yardım və vasitəçilik göstərməyib.

ABŞ prezidenti hesab edir ki, BMT daha fəal olmalı və qlobal sülhün təmin olunması prosesinə real şəkildə qoşulmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
48
redaktor.az

10Источники