Bakı. Trend:
Ağdamda baş verən qəza zamanı 2 nəfər xəsarət alıb.
Trend-in yerlibürosunun məlumatına görə, rayonun Bənövşələr qəsəbəsi ərazisindəhərəkətdə olan “Toyota” markalı avtomobil “VAZ-2107” ilətoqquşub.
Nəticədə “VAZ”ın sürücüsü və sərnişini müxtəlif dərəcəlixəsarətlər alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Xəsarət alanların ər və həyat yoldaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.