RU

Tramp və Zelenski arasında danışıqlar başa çatıb - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında danışıqlar başa çatıb.

APA xəbər verir ki, görüş iki saatdan çox davam edib və hazırda iki tərəf və Avropa liderləri arasında videokonfrans yolu ilə görüş keçirilir.

Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani “Rete4”də açıqlayıb.

O, Avropanın ABŞ-ın sülh planını dəstəklədiyini deyib. Nazirin sözlərinə görə, böhranın həlli prosesi davam edir.

"Təhlükəsizlik məsələsi də biz avropalılar üçün fundamentaldır. Avropanın mühüm rolu var: münaqişənin sona çatmasında vacib tərəfdaş ola biləcəyimiz üçün ABŞ ilə bir olmalıyıq", - Tajani əlavə edib.

***

22:40

ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

APA xəbər verir ki, görüş Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında təşkil olunub.

Tərəflərin Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün təklif edilən 20 maddəlik sülh planını müzakirə edəcəkləri bildirilir.

Qeyd edək bu, Zelenskinin Trampla görüşmək üçün ABŞ-a beşinci səfəridir.

Избранный
73
50
apa.az

10Источники