RU

2025 ci ilin ən bahalı 10 avtomobili

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

2025-ci ildə hərraclarda dəyəri 10 milyon dollardan artıq olan çox sayda avtomobil satılıb.

Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, onların arasında əfsanəvi superkarlar, keçmişin məşhur yarış avtomobilləri və "Formula-1" bolidləri yer alıb.

Dünyanın ən bahalı avtomobilləri adətən yeni və məhdud buraxılışlı superkarlar deyil, hərraclarda satılan eksklüziv modellər olur.

Əksər hallarda bunlar retro avtomobillərdir, lakin 2025-ci ildə müasir modellər də yüksək qiymətləri ilə diqqət çəkib.

2025-ci ilin ən bahalı 10 avtomobilini təqdim edirik:

1. "Mercedes W196" - 54 milyon dollar;

2. "Ferrari 250 LM"- 36.3 milyon dollar;

3. "Ferrari Daytona SP3" - 26 milyon dollar;

4. "McLaren F1" - 25 317 500 dollar;

5. "Ferrari 250 GT California Spider" - 25 305 000 dollar;

6. "Gordon Murray S1 LM" - 20 milyon dollar;

7. "Ferrari F2001" - 18 170 000 dollar;

8. "Ford GT40" - 13 205 000 dollar;

9. "McLaren MCL40A" - 11.5 milyon dollar;

10. "Ferrari F40 LM" - 11 005 000 dollar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
61
oxu.az

1Источники