Romantik münasibətlərdə tərəfdaşlar bir-birinə daim dəstək olur, çətinlikləri birlikdə aşmağa, problemləri həll etməyə və irəliləməyə kömək edirlər. “Psychology Today” nəşri üçün yazan fəlsəfə doktoru Ceremi Nikolsonun sözlərinə görə, söhbət sadəcə “xidmət mübadiləsi”ndən yox, emosional müstəvidən gedir və burada əsas rolu minnətdarlıq oynayır.
Bizim.Media xəbər verir ki, yeni tədqiqatlar göstərir ki, kişilər və qadınlar bu minnətdarlığı fərqli qəbul edirlər. 2024-cü ildə 163 cütlüyün iştirakı ilə aparılan araşdırmada alimlər yardım, minnətdarlıq və münasibətlərdən məmnunluq arasındakı əlaqəni təhlil ediblər.
Məlum olub ki, kişilər üçün yardımın özü daha önəmlidir – onlar partnyorlarına faydalı olduqlarını hiss etdikdə, hətta qadın bunu hər zaman açıq şəkildə ifadə etməsə belə, münasibətlərdə özlərini daha xoşbəxt sayırlar. Bununla belə, kişi öz əməyinin dəyərləndirildiyini hiss etdikdə, münasibətlərdən məmnunluq səviyyəsi daha da yüksəlir.
Qadınlar üçün isə vəziyyət fərqlidir. Onların münasibətlərdən razılığı birbaşa partnyordan minnətdarlıq hiss edib-etməmələri ilə bağlıdır. Əgər qadın öz səylərinin görüldüyünü və qiymətləndirildiyini hiss etmirsə, hətta fəal şəkildə dəstək göstərsə belə, bu, ona münasibətdə xoşbəxtlik hissi vermir.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, kişilər ümumilikdə daha çox praktik dəstək göstərir, qadınlar isə daha tez-tez minnətdarlıq ifadə edirlər. Buna baxmayaraq, orta hesabla münasibətlərdən daha az razı qalan tərəf məhz qadınlar olub. Bu isə dərin bir disbalansa işarə edir: kişilər emosional siqnalları nəzərə almadan cütlükdəki harmoniyanı şişirdə, qadınlar isə sözlərlə ifadə olunmayan töhfəni yetərincə dəyərləndirməyə bilərlər.
Qeyd edək ki, daha əvvəl tədqiqatçılar kişi dostluğunun, yoxsa qadın dostluğunun daha möhkəm olması məsələsini də araşdırmışdılar.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта