RU

ABŞ konqresmeni: Vaşinqtonda Ukrayna münaqişəsinin həllini istəməyənlər var

BAKI, 29 dekabr. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Vaşinqtonda Ukrayna münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmayan çoxsaylı siyasi fiqurların olduğunu bildirib.

Teleqraf xəbər verir ki, respublikaçı konqresmen “Fox News” telekanalına müsahibəsində qeyd edib ki, bu mövqedə olanlar təkcə demokratlar deyil. Onun sözlərinə görə, bəzi siyasətçilərin müdafiə sənayesi podratçıları ilə bağlı investisiya maraqları mövcuddur.

Luna vurğulayıb ki, həmin şəxslər birbaşa olaraq müdafiə şirkətlərinin səhmlərinə yatırım ediblər və bu səbəbdən sülh təşəbbüslərinə qarşı müqavimət göstərilir.

Bununla belə, konqresmen mövcud müqavimətə baxmayaraq, Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanacağına ümid etdiyini bildirib.

Избранный
35
teleqraf.com

1Источники