Ajans.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Yohannesburq fövqəladə halların idarə olunması xidməti çökmə zamanı binanın içərisində 6 nəfərin olduğunu, onlardan 3-nün dağıntılar altında qaldığını bildirib. Bir yaşlı uşaq və iki yetkin qadın daha sonra aldıqları xəsarətlərdən dünyasını dəyişib. Qalan 3 nəfər isə xəstəxanaya çatdırılsa da, onların vəziyyəti hələ də açıqlanmayıb. Səlahiyyətlilər dağıntının səbəbləri ilə bağlı araşdırmalara başlayıb.