RU

Üz şişkinliyi və gözaltı qaralmalar: Əsas səbəblər və həll yolları

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Həkim Liliya Popoviçeva Yeni il süfrələrindən sonra şişkinlik riskini azaltmağın yolları barədə danışıb. 

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda lenta.ru-ya müsahibəsi zamanı məlumat verib.

Həkimin sözlərinə görə, şişkinlik limfa və mayenin durğunluğu nəticəsində yaranır. Uzun müddət oturaq vəziyyətdə qalmaq, gec saatlarda qida qəbulu, fiziki hərəkətin azlığı, həmçinin duz və alkoqolun həddindən artıq istifadəsi bu problemin əsas səbəbləridir. Bu amillər təkcə şişkinliyə deyil, eyni zamanda qırışların yaranmasına, gözaltı tünd dairələrin formalaşmasına, dəri rənginin boz və ya sarımtıl olmasına da səbəb olur.

Popoviçeva şişkinlikdən qorunmağın ən əlçatan üsulu kimi hərəkəti göstərib. Onun sözlərinə görə, gəzinti, üzgüçülük, rəqs, yoqa və yüngül idman hərəkətləri əzələ “nasosunu” aktivləşdirir və limfanın damarlar boyunca hərəkətini sürətləndirir. Mütəxəssis vurğulayıb ki, gün ərzində edilən qısa gəzintilər belə nəzərəçarpacaq effekt verir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
1
redaktor.az

2Источники