ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Rusiya ilə ABŞ arasında ticarət-iqtisadi münasibətlərin inkişafı böyük fayda gətirə bilərdi, lakin buna demokratlar mane oldular.
Bizimyol.info xəbər verir ki, bunu dekabrın 29-da ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə Floridanın Vest-Palm-Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo iqamətgahında keçirilən birgə mətbuat konfransında bildirib.
Tramp qeyd edib ki, prezidentliyinin birinci dövründə demokratların Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi və onun Moskva ilə guya “sövdələşməsi” barədə əvvəlcədən yalan olan iddialar irəli sürməsi bu prosesə ciddi maneə yaradıb: “Aramızda müharibə olmayıb, problem də olmayıb. Amma biz böyük həcmdə ticarət apara, bu istiqamətdə ciddi addımlar ata bilmədik”, - deyə bildirib.
Onun sözlərinə görə, bu vəziyyət çox təəssüf doğurur, çünki Rusiya ilə ticarət böyük uğur gətirə bilərdi:
“Onların çox yaxşı torpaqları, zəngin faydalı qazıntıları və başqa imkanları var. Bizdə isə onların çox istədiyi şeylər mövcuddur”, - deyə qeyd edib.
Vaşinqton administrasiyasının rəhbəri demokratların irəli sürdüyü iddiaları “uydurma” adlandıraraq: “Bütün bunlar yalandan ibarət idi. Məhz buna görə biz Rusiya ilə normal şəkildə iş qura bilmədik, Rusiya da bizimlə eyni cür münasibət qura bilmədi”, - deyə vurğulayıb.
Tramp Rusiya prezidenti Vladimir Putini nəzərdə tutaraq əlavə edib: “Unutmayın ki, biz birlikdə "Rusiya, Rusiya, Rusiya" ilə bağlı saysız-hesabsız şayiələrdən keçdik. O mənə zəng edirdi, mən ona zəng vururdum və deyirdim: "Bunların uydurduqlarına inanmaq olar?" Sonradan məlum oldu ki, biz haqlı imişik. Onların hamısı uydurma idi”.
Tramp, həmçinin, Vladimir Putinin Ukraynadakı münaqişənin nizamlanmasında maraqlı olduğunu bildirib: “O, bunun baş verməsini istəyir. O bunu mənə çox qəti şəkildə deyib və mən ona inanıram”, – deyə ABŞ prezidenti vurğulayıb.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.