İqtisadçı-ekspert Aslan Əzimzadənin müəllifi olduğu “The Analysis of the Investment-Output Proportion in Azerbaijan's Mining Industry: Lag-Based Approach” adlı elmi məqalə Scopus indeksli (Q2) International Journal of Sustainable Development and Planning jurnalında dərc edilib.
QHT.az xəbər verir ki, məqalədə Azərbaycanın mədən sənayesində investisiya–istehsal nisbətinin makroiqtisadi təhlili aparılıb. Tədqiqat çərçivəsində investisiyaların effektivliyini ölçməyə imkan verən lag əsaslı “investisiyaların effektivlik indeksi” təklif edilib. Təqdim olunan yanaşma iqtisadi qərarların qiymətləndirilməsi və investisiya siyasətinin formalaşdırılması baxımından elmi və praktik əhəmiyyət daşıyır.
Qeyd edək ki, bu elmi nəticələr Aslan Əzimzadənin dissertasiya tədqiqatı çərçivəsində əldə olunub və beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
İqtisadçı-ekspert Aslan Əzimzadə elmi fəaliyyətində daim dəstək göstərən elmi rəhbəri Elşad Məmmədova xüsusi təşəkkürünü bildirib və əldə olunan uğuru ona ithaf etdiyini qeyd edib.
Məqalə ilə tanış olmaq üçün keçid:
https://www.ieta.org/journals/ijsdp/paper/10.18280/ijsdp.200931
Pərvanə Fərhadqızı