RU

Putindən Tokayevə qəribə “xəbərdarlıq”

Rusiya Prezidenti Vladimir Putinin ilin sonuna yaxın Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə görüşü siyasi müşahidəçilərin marağına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu “Putinin Qazaxıstanın hazırki Prezidenti Qasım-Jomart Tokayevə xəbərdarlıq mesajı” kimi qiymətləndirib.

“Qasım-Jomart Tokayev Rusiya ilə tərəfdaşlığı davam etdiməklə yanaşı türk dövlətləri arasında inteqrasiyaya, ABŞ və Avropa Birliyi ilə əməkdaşlığın genişlənməsinə maraq göstərir. Bu isə imperiya təfəkkürünə sahib olan Rusiya prezidentinin xoşuna gəlmir.

Ancaq Putinin “mesajları” mövcud durumu dəyişmək iqtidarında deyil. Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın acığına köhnə dostu Robert Köçəryanla da görüşürdü, ancaq Kreml sahibi bununla istədiyi nəticəni əldə edə bilmədi”, - E.Şahinoğlu qeyd edib./Axar.az

Избранный
23
4
bakivaxti.az

5Источники