Borsunlu-Hindarx yolunun Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslər özəl tibb müəssisəsinə təxliyə olunublar.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan pasiyentlər Bərdə şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.
Xatırladaq ki, ötən gün baş verən yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşub, nəticədə iki nəfər xəsarət alıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта