Bakı. Trend:
2025-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)tabeliyindəki 105 təhsil müəssisəsində cari təmir və mühəndiskommunikasiya işləri həyata keçirilib.
Trend bu barədəBŞTİ-yə istinadən xəbər verir.
4 məktəbdə (59, 151, 324 313) yenidənqurma və təmir-bərpa işləriyekunlaşdırılaraq şagirdlərin istifadəsinə verilib.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68, 141)sökülərək yenidən tikintisi, 2 təhsil müəssisəsində (328 nömrəliuşaq bağçası və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublikaixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası) əsaslı təmir işləridavam edir.
Həmçinin 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286, A.Məmmədov adına) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Eynizamanda 1 uşaq bağçasında (101) təmir-bərpa işləri yekunlaşıb.