RU

BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb

AzEdu.az Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Bu barədə BDU-dan bildirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov universitetin ictimai, elm və təhsil həyatında seçilən tələbələr üçün belə layihələrin önəmindən danışıb.

“Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı qalib tələbələri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb. Qeyd edilib ki, AzEdu.az təhsil portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə” siyahısını tərtib edib. Bu il siyahıya 29 ali təhsil müəssisəsinin hər birindən 10 tələbə daxil edilib.

Daha sonra çıxış edən təhsil portalının baş redaktoru Ləman Novruzova, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva təhsil portalı ilə BDU arasında birgə əməkdaşlıqdan danışıb, ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

İnteraktiv formada keçən görüşdə tələbələr layihə ilə bağlı fikirlərini və təkliflərini bölüşüblər. Sonra onlara sertifikatlar təqdim olunub.

Избранный
24
1
tehsil.biz

2Источники