RU

Hacıqabulda zəncirvari qəza - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi yaşayış məntəqələrindən kənarda, əsasən kənd və qəsəbələrarası yollarda baş verən yol-nəqliyyat hadisələri ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Qurumun məlumatına görə, aşma, yoldan çıxma və maneəyə vurma kimi qəzaların təhlili göstərir ki, bu hadisələr daha çox yol infrastrukturunun mürəkkəb olmadığı, lakin təbii relyefə malik, enişli-yoxuşlu və sərt döngəli yollarda qeydə alınır. Sözügedən qəzaların başlıca səbəbləri arasında sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, sürücülərin təcrübəsiz və ya yola nabələd olması, relyefin düzgün qiymətləndirilməməsi xüsusi yer tutur.

Bundan əlavə, hərəkət intensivliyinin və nəzarət-ölçü cihazlarının az olmasından arxayınlaşaraq məsuliyyət hissinin itirilməsi də ağır nəticələrlə müşayiət olunan qəzaların əsas amillərindən biri kimi göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar bu səbəblərdən ağır yol-nəqliyyat hadisələrinin artmasını təəssüflə qeyd edərək, sərt döngəli və enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin xüsusi əhəmiyyət daşıdığını sürücülərin diqqətinə çatdırıb. Sürücülərə tanımadıqları və uzun müddət istifadə etmədikləri marşrutlara səfər zamanı daha diqqətli olmaları, nəqliyyat vasitələrinin texniki sazlığını, meteoroloji şəraiti və avtomobilin texniki xüsusiyyətlərinin yolun relyefinə uyğunluğunu nəzərə almaları tövsiyə olunur.

Qurum bir daha vurğulayıb ki, səfərlərin təhlükəsizliyi hər bir sürücünün məsuliyyəti və risklərə hazırlıq səviyyəsi ilə birbaşa bağlıdır.

Избранный
31
avtosfer.az

1Источники