RU

Suriyada növbəti terrakt olub



Suriyada terror aksiyaları davam edir. Bir neçə gün əvvəl Humus şəhərində kamikadzenin törətdiyi terror aktından sonra bu gün Dəməşqdə anoloji hadisə yaşanıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Suriyanın Əl-İxbariya televiziya kanalı məlumat yayıb. Məlumata görə, Dəməşqin cənub-qərbindəki Mezzeh rayonu yaxınlığında partlayış baş verib. Hələlik tələfat barədə heç bir məlumat verilmir. Ancaq partlayışın təsirindən ətrafdakı binalara belə zərər dəydiyi bildirilir.

Qeyd edək ki, ötən cümə Humusdakı məscidlərdən birində kamikadzenin həyata keçirdiyi terror aktı nəticəsində məsciddə ibadət edən bir neçə nəfər həlak olmuş, onlarla şəxs yaralanmışdı.

Cavid
Избранный
17
newscenter.az

1Источники