RU

Spiegel: Almaniya Ukraynaya silah ixracını əhəmiyyətli dərəcədə azaldıb

İki il ərzində rekord göstəricilərdən sonra Almaniya hökuməti 2025-ci ildə Ukraynaya hərbi texnika və silah tədarükü üçün verilən ixrac lisenziyalarının həcmini əhəmiyyətli dərəcədə azaldıb.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın Spiegel nəşri məlumat yayıb.

1 yanvar – 8 dekabr 2025-ci il tarixləri arasında Almaniya hakimiyyət orqanları ümumi məbləği 8,40 milyard avro olan ixrac lisenziyaları verib. Nəşrin məlumatına görə, əvvəlki iki ildə təsdiqlənmiş tədarüklərin həcmi rekord səviyyədə olub: 2024-cü ildə 13,33 milyard avro, 2023-cü ildə isə 12,15 milyard avro.

Ən böyük azalma birbaşa Ukrayna üçün nəzərdə tutulan silahlar seqmentində qeydə alınıb. Dövlət katibi Tomas Şteffenin məlumatına əsasən, bu cür lisenziyaların dəyəri 1,14 milyard avro təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü il ərzində bu göstərici 8,15 milyard avro olub.

Избранный
70
2
ikisahil.az

10Источники