RU

Baş məşqçi 3 övladı ilə gəmidə batdı

“Valensiya”nın qadınlardan ibarət ikinci komandasının baş məşqçisi Fernando Martin və üç övladı gəmi qəzasında itkin düşüb.

Sportinfo.az “Mundo Derportivo”ya istinadən xəbər verir ki, hadisə dekabrın 26-da İndoneziya sahillərində baş verib.

Martinin həyat yoldaşı Andrea və 7 yaşlı bir qızı, həmçinin dörd ekipaj üzvü və tur rəhbəri xilas ediliblər. Hadisənin güclü külək səbəbindən baş verdiyi bildirilir.

Axtarış-xilasetmə qrupları gəminin qalıqlarını sahil yaxınlığında tapıblar. Padar adası boğazında batmış bərənin göyərtəsində 11 nəfərin olduğu bildirilir. Martinin uşaqlarının 9, 10 və 12 yaşı olub.

Избранный
27
50
sportinfo.az

10Источники