RU

ABŞ-da fırtınalar çətin vəziyyət yaratdı - 700 uçuş ləğv olundu

ABŞ-ın Orta Qərb və Şimal-Şərq bölgələrini təsir altına alan güclü qar yağışı və fırtınalar nəqliyyatı mənfi təsir edib və bəzi əyalətlərdə zərərə səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkə üzrə 700-ə yaxın uçuş ləğv edilib, 4 əyalətdə isə qasırğa xəbərdarlığı verilib.

Güclü qar yağışı ölkənin Orta Qərb bölgəsindəki İllinoys əyalətində 14 avtomobilin qarışdığı zəncirvari qəza və evlərdə zərərə səbəb olub.

ABŞ Federal Aviasiya İdarəsi (FAA), fırtınalar səbəbilə Şikago O'Hare Beynəlxalq Hava Limanında uçuş qadağası tətbiq edildiyini açıqlayıb.

Избранный
44
21
manset.az

10Источники