RU

Türkiyədə fəaliyyət göstərən Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin sədri Rafiq Qurbanovdan  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin üzvləri adından səmimiyyətlə və dərin ehtiramla təbrik edirik.

Əsası müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu Sizin uzaqgörənliklə davam etdirməyiniz sayəsində Azərbaycan Respublikası ötən illər ərzində bütün sahələrdə böyük uğurlar əldə edib, güclənib. Bu mühüm uğurlardan biri və ən önəmlisi bu il beşinci ildönümünü qeyd etdiyimiz 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdir. Zati-alinizin sarsılmaz iradəsi və Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun əldə etdiyi bu Qələbə ilə təkcə ölkənin əraziləri işğaldan azad edilmədi, eyni zamanda tarixi ədalət zəfər çaldı. Azərbaycanın bu nailiyyətləri bizi hədsiz dərəcədə qürurlandırır.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də ürəkdən təbrik edirik.

Sizə, ailənizə və Azərbaycan xalqına cansağlığı, rifah və müvəffəqiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

Rafiq Qurbanov

Türkiyədə fəaliyyət göstərən Bilecik Azərbaycan

Qardaşlıq Dərnəyinin sədri

Избранный
31
50
azerbaijan-news.az

10Источники