RU

Qazaxıstan Nazarbayevin ölkə xaricinə səyahətini məhdudlaşdırır?

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Putinlə görüşündən sonra...

...Qazaxıstan Məclisinin deputatı Yermurat Bapinin sözlərinə görə, bu cür səfərlər milli təhlükəsizliyə təhlükə yarada bilər. O, Nursultan Nazarbayev də daxil olmaqla, dövlət sirlərinə çıxışı olan keçmiş yüksək vəzifəli məmurlara məhdudiyyətlər qoyulmasını təklif edib.

SİA-nın məlumatına görə, Bapi həmçinin keçmiş prezidenti tənqid edib.

Orda-nın məlumatına görə, deputat deyib ki, “...öz ölkəsində, öz xalqı arasında dəstək tapa bilməyən bir insana görə təəssüflənirəm. İndi o, xaricdə dəstək axtarmağa məcburdur. Bu, keçmiş prezident üçün faciədir".

Xatırladaq ki, Putin və Nazarbayev şənbə günü Moskvada görüşüblər.

Keçmiş Qazaxıstan prezidentinin mətbuat katibinin sözlərinə görə, səfər şəxsi xarakter daşıyırdı.

Keçmiş dövlət başçısının sözçüsü Nazarbayevin Qazaxıstanı tərk edib xaricdə yaşaması ilə bağlı məlumatları təkzib edib. ...Bəzi media orqanları əvvəllər onun Türkiyəyə getməsi barədə məlumat yayıblar.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
3
sia.az

5Источники