RU

Putin Kiyevin hücum etdiyini dedi, Tramp şoka düşdü

Axar.az saytına istinadən ain.az xəbər verir.

Tramp Kiyevin Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahına hücum etməyə cəhd göstərməsi ilə bağlı xəbəri eşidəndə şoka düşüb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“O dedi ki, bu cür dəli hərəkətləri hətta təsəvvür belə edə bilməzdi”, - o bildirib.

Uşakov söyləyib ki, Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı ABŞ-ın Kiyevə “Tomahavk” raketləri vermədiyini və buna görə də “şükürlər olsun ki” belə bir addım atılmadığını bildirib.

Tramp Rusiya prezidentinin iqamətgahına dron hücumunun ABŞ-ın Zelenski ilə işləmək yanaşmasına təsir edəcəyini də vurğulayıb.

Qeyd edək ki, Kiyevin 91 dronla Putinin Novqoroddakı vilayətinə hücum etdiyi bildirilir. Bu məlumatı Putin telefon danışığı zamanı ABŞ liderinə çatdırıb.

Ukrayna Prezidenti Zelenski hücum barədə iddiaları rədd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
50
axar.az

10Источники