"Fənərbağça"nın futbolçusu Oğuz Aydın karyerasını Rusiyanın ÇSKA klubunda davam etdirə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
Rusiya klubu 24 yaşlı vinger üçün satınalma variantı ilə icarə təklifi irəli sürüb. Onlar artıq İstanbul təmsilçisi ilə təmas qurublar.
Türkiyəli futbolçu cari mövsüm 24 oyunda meydanda olub və iki məhsuldar ötürmə edib.