RU

“ABŞ F 35 qırıcılarının Türkiyəyə satışı barədə ciddi şəkildə düşünür” Tramp

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ "F-35" qırıcılarının Türkiyəyə satışını təsdiqləyə bilər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi brifinqdən sonra jurnalistin müvafiq sualını cavablandırarkən danışıb.

ABŞ lideri vurğulayıb ki, mövcud administrasiya sözügedən məsələ ətrafında ciddi şəkildə müzakirələr aparır.

Tramp "F-35" qırıcılarının Türkiyəyə satışının təsdiqi üçün şərt qoşduğunu əlavə edib: "Onlar (Türkiyə - red.) qırıcılardan İsrailə qarşı istifadə etməyəcəklər".

ABŞ Prezidenti ilə İsrail hökumət başçısı arasında danışıqlar Trampın Floridadakı Mar-a-Laqo malikanəsində baş tutub.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrda ABŞ-yə səfəri zamanı da sözügedən məslə gündəmə gəlmiş, lakin ötən müddət ərzində ciddi irəliləyiş əldə olunmamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
2
azpolitika.info

10Источники