RU

Toy faciəvi şəkildə başa çatdı: restoran YANDI

Ajans.az xəbər verir ki,bu barədə Today” qəzeti məlumat yayıb. Məlumata görə, 200-dən çox qonağın iştirak etdiyi toy məclisinin sonunda yeni evlənənlər gecə yarısı atəşfəşanlıqla bəzədilmiş tortu kəsməyə hazırlaşırmış. Lakin tortun üzərindəki pirotexniki vasitələrdən çıxan qığılcımlar pərdələri və asma tavanı alovlandırıb. Qısa müddətdə alov foyeni bürüyüb və qonaqlar arasında panika yaranıb. Bəy yanğını söndürməyə çalışarkən üz və əllərindən ikinci dərəcəli yanıqlar alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Bir neçə qonağa isə tüstüdən yüngül zəhərlənmə diaqnozu qoyularaq tibbi yardım göstərilib. Otel əməkdaşları qonaqları operativ şəkildə təxliyə edərək daha ciddi fəsadların qarşısını alıblar. Yanğın tam söndürüldükdən sonra Karabinieri hadisə ilə bağlı araşdırmalara başlayıb. Hadisə nəticəsində otelə dəyən maddi ziyanın həcmi hələlik açıqlanmayıb.

 

Избранный
40
Ajans.az

1Источники