RU

Pezeşkian etirazlarla bağlı nazirə tapşırıq verdi

ain.az bildirir, Unikal.az portalına istinadən.

İran prezidenti Məsud Pezeşkian iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı son etirazlara ilk rəsmi reaksiyasını verərək, daxili işlər naziri Əhməd Vahidiyə etirazçılarla danışıqlar aparmağı tapşırdığını açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə o, X hesabında paylaşım edib. 

Prezident Vahidiyə etirazçıların qanuni tələblərini dinləməyi və hökumətin məsuliyyətlə cavab verməsinə kömək etməyi tapşırdığını bildirib.

Narazılıqlar inflyasiya və rialın ABŞ dollarına qarşı dəyərdən düşməsinə qarşı qəzəblə başladı, tez bir zamanda kütləvi hal aldı. 

Etirazlar fonunda İran mərkəzi bankının rəhbəri istefa verdi və Pezeşkian ölkə bazarlarını sakitləşdirmək üçün bu vəzifəyə keçmiş qubernator Əbdülnasir Hemməti təyin etdi.

Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
45
unikal.az

10Источники