RU

"Qalatasaray" prezidentinin keçmiş müavini həbs olunub

Bakı. Trend:

Futbol üzrə qanunsuz mərc oyunlarında iştirakla bağlı istintaqçərçivəsində “Qalatasaray” klubunun prezidentinin keçmiş müaviniErden Timur cinayət yolu ilə əldə edilmiş aktivlərinleqallaşdırılması ittihamı üzrə həbs olunub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Həmin istintaq çərçivəsində saxlanılan “Galatasaray SportifA.Ş.”nin keçmiş prezident müavini Erden Timur polis idarəsindəaparılan prosedurlar başa çatdıqdan sonra Çağlayanda yerləşənİstanbul Məhkəməsinə göndərilmişdi.

Şübhəli Erden Timurun prokurorluqda ifadəsi alındıqdan sonraonun işinin mövcud sənəddən ayrı araşdırılmasına zərurət olduğumüəyyən edilib.

Beləliklə Timurun işi İstanbul Respublika Baş ProkurorluğununTerrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların YuyulmasıBürosuna göndərilib və burada aparılan prosedurlardan sonra o,cinayət yolu ilə əldə edilmiş aktivlərin leqallaşdırılması maddəsiüzrə həbs olunması tələbi ilə İstanbul birinci instansiyaməhkəməsinə təqdim edilib. Məhkəmə onun barəsində həbs qətimkantədbiri seçib.

Məqalədə:
Избранный
38
az.trend.az

1Источники