RU

Pezeşkian hökuməti etirazçıların tələblərini dinləməyə çağırıb

İran Prezidenti Məsud Pezeşkian hökumətin iqtisadi islahatlara, eləcə də etirazçılarla dialoqa üstünlük verdiyini bildirib və adi vətəndaşların dolanışığının onun gündəlik qayğısı olduğunu vurğulayıb.  Missiya.Az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. "İnsanların dolanışığı mənim gündəlik qayğımdır. Pul və bank sistemində islahatlar aparmaq və insanların alıcılıq qabiliyyətini qorumaq üçün gündəlikdə fundamental tədbirlərimiz var",- deyə Pezeşkian bildirib. Prezident əlavə edib ki, daxili işlər nazirinə tapşırıq verdim ki, etirazçıların nümayəndələri ilə dialoq apararaq onların haqlı tələblərini dinləsin və dövlət özünün tam potensialı ilə onların çətinliklərinin həlli istiqamətində fəaliyyət göstərsin.

Qeyd edək ki, İranın milli valyutası rialın ABŞ dolları qarşısında kəskin dəyər itirməsinə etiraz olaraq dünən Tehran bazarlarında sahibkarlar etiraz aksiyası keçirib. 

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
72
45
missiya.az

10Источники