RU

Milli Məclisin son plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var

ain.az, Sia Az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Milli Məclisinin son plenar iclası başlayıb. SİA xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 15 məsələ daxil edilib.

Gündəliyə diplomatik və xidməti pasport sahiblərinin vizadan azad edilməsi ilə bağlı beynəlxalq sazişlərin təsdiqi, minatəmizləmə fəaliyyəti, hərbi xidmətkeçmə, dövlət rüsumu, vergi, sosial sığorta, əmək, inzibati xətalar və cinayət qanunvericiliyində dəyişiklikləri nəzərdə tutan bir sıra qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi daxildir.

Plenar iclasda həmçinin Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti də müzakirə olunur.

İclasa Milli Məclisin sədri Sahibə Qafarova rəhbərlik edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
1
sia.az

2Источники