RU

Mollazadə: Azərbaycanın başladığı prosesə Ermənistan da qoşula bilər

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

“Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam edəcəyinə inanıram. Sözsüz ki, buna uyğun olaraq ticarət də bərpa olunacaq. Ermənistan üzərinə düşəni yerinə yetirdikdən sonra iki dövlət arasında sülh müqaviləsi də imzalana bilər”.

Bunu “Reytinq” qəzetinə Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə Azərbaycan və Ermənistan arasında mümkün ticarət əlaqələrindən danışarkən deyib.

Xatırladaq ki, Azərbaycan Ermənistana neft ixrac etməyə başlayıb. Bir neçə gün əvvəl isə Ermənistan rəsmiləri Azərbaycana konyak, meyvə və ət məhsulları ixrac edə biləcəklərini deyiblər.

A. Mollazadə isə qeyd edib ki, Azərbaycan bütün qonşuları ilə qarşılıqlı hörmət əsasında münasibətlər qurur, iqtisadi əlaqələri genişləndirir: “Digər tərəfdən, Azərbaycan bölgəni əməkdaşlıq məkanına çevirmək istəyir. Ermənistan da bu prosesdə iştirak edə bilər. Amma bir şərtlə ki, üzərinə düşənə əməl etsin”.

Ermənistan Azərbaycanı meyvə və ya ət məhsulları ilə təmin edə bilərmi,- sualına cavabında deputat deyib ki, bu ölkə əlində olanı satmağa çalışacaq.

Mollazadənin sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında sülh prosesi davam edib, nisbətən daha irəli gedib və bu baxımdan başa vurduğumuz ili uğurlu saymaq olar. O, əmindir ki, 2026-cı ildə iki ölkə arasında sülh sazişi əldə ediləcək.

Nemət ORUCOV

Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
reyting.az

1Источники