RU

Qazaxıstan prezidenti ölkədə “LGBT təbliğatını” qadağan etdi


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə “pedofiliyanın və qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatını” qadağan edən qanunu imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə zakon.kz məlumat yayıb.
Noyabrda Qazaxıstanın Məclisi müvafiq düzəlişləri təsdiqləyib. Dəyişikliklər doqquz qanuna, o cümlədən uşaq hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kino, media və onlayn platformalar haqqında qanunlara şamil edilir.
“Biz görürük ki, uşaqlar və yeniyetmələr hər gün onlayn olaraq onların ailə, mənəviyyat və gələcək anlayışlarına mənfi təsir göstərə biləcək məlumatlara məruz qalırlar. Gənc nəslin şüurunu qanunsuz məzmundan qorumaq onların təhlükəsizliyi və psixi sağlamlığı məsələsidir”, - hakim Əmanət Partiyasından olan parlament üzvü Elnur Beysenbayev bildirib.
O əlavə edib ki, bu, “LGBT icmasına mənsub insanların qadağan edilməsi və ya ləğv edilməsi” məsələsi deyil:
“Heç kimin şəxsi hüquqları məhdudlaşdırılmır. Təqdim olunan normativ-hüquqi aktlar belə məlumatların ictimaiyyətə yayılması üçün ümumi qəbul edilmiş beynəlxalq təcrübəyə uyğun çərçivə müəyyən edir”.
Избранный
36
yeniavaz.com

1Источники