RU

Gələn il Türkiyə-Azərbaycan Universitetində yeni laboratoriyaların qurulması planlaşdırılır

Bakı, 30 dekabr, AZƏRTAC

Türkiyə-Azərbaycan Universitetində tələbələrin təcrübi biliklərinin təmin edilməsi məqsədilə 9 tədris laboratoriyası, o cümlədən 1 fizika, 4 kimya, 1 mikrobiologiya və 3 kompüter laboratoriyası qurulub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Fizika və kimya laboratoriyaları 2024-cü ildən fəaliyyət göstərir. Mikrobiologiya laboratoriyası isə 2025-ci ildən fəaliyyətə başlayıb. Növbəti ildə intstrumental analiz və qida texnologiyası laboratoriyalarının da fəaliyyətə başlaması planlaşdırılır.

2025-2026-cı tədris ilində Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına 60, qida mühəndisliyi ixtisasına 12, sənaye mühəndisliyi ixtisasına 22 tələbə qəbul olunub.

 

 

Избранный
76
azertag.az

1Источники