“İstəklilər koalisiyası”nın üzv ölkələrinin liderlərinin görüşü yanvarın 6-da Fransada keçiriləcək.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.
Onun sözlərinə görə, “İstəklilər koalisiyası”nın milli təhlükəsizlik müşavirləri səviyyəsində görüşü isə yanvarın 3-də Ukraynada baş tutacaq.