RU

FHN xüsusi təhsil məktəbində maarifləndirmə tədbiri keçirib (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti XidmətiBakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 3 nömrəli xüsusitəhsil məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları”mövzusunda tədbir keçirib.

Trend xəbər verir ki, bubarədə FHN məlumat yayıb.

Tədbirin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladəhallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarınınaşılanması olub.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşlarıtərəfindən məktəbin kollektivinə yanğın zamanı zəruri davranışqaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bubarədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürməvasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallarcavablandırılıb.

Daha sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin vədigər aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasınıniştirakı ilə məktəbin arxa giriş qapısının qarşısında ətraf ərazidəyaşayan sakinlər tərəfindən qanunsuz olaraq quraşdırılmış talvar vədigər maneələr sökülməklə baş verə biləcək fövqəladə hallar zamanıyanğından mühafizə bölmələrinin çevik və səmərəli fəaliyyətinə maneolan pozuntular aradan qaldırılıb.

Tədbir zamanı qarşıya qoyulan tapşırıqlar uğurla icraolunub.

Sonda məktəbin şagirdlərinə bayram hədiyyələri təqdimedilib.

FHN
FHN
FHN
FHN
Избранный
82
10
az.trend.az

10Источники