RU

ETİHİ-nin prioritetləri: Birlik, dəstək və inkişaf (FOTO)

Bakı. Trend:

Son illərdə Azərbaycan həmkarlar ittifaqları hərəkatında həyatakeçirilən islahatlar və yeniliklər təhsil işçilərinin sosialrifahının gücləndirilməsinə, əmək hüquqlarının daha effektivqorunmasına və müasir idarəetmə mexanizmlərinin tətbiqinə yönəlib.Xüsusilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onuntərkibində fəaliyyət göstərən Elm və Təhsil İşçiləri Həmkarlarİttifaqı (ETİHİ) bu proseslərdə fəallığı və təşəbbüskarlığı iləseçilir. Görülən işlərin real nəticələri isə çoxlu sayda təhsilişçisinin və tələbə gənclərin gündəlik həyatında öz əksinitapır.

Trend xəbər verirki, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev mətbuataverdiyi müsahibəsində son bir il ərzində həmkarlar ittifaqlarısistemində həyata keçirilən əsas yeniliklər, sosial və hüquqidəstək mexanizmləri, təhsil işçilərinin rifahına yönəlmişlayihələr, regionlarla və özəl təhsil müəssisələri ilə aparılanişlərdən ətraflı söz açıb,eləcə də gələcək hədəflərə toxunub.

Araz müəllim, son bir il ərzində həmkarlar ittifaqlarısistemində həyata keçirilən fəaliyyətləri necəümumiləşdirərdiniz?

Son bir il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası,sahə ittifaqları üçün fəaliyyət baxımından kifayət qədər intensivvə nəticəyönümlü olub. Bu dövrdə əsas prioritetimiz üzvlərəgöstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, idarəetməninmüasir tələblərə uyğunlaşdırılması və sosialyönümlü mexanizmlərintəkmilləşdirilməsi olub. Ümumilikdə bu mərhələni həm təşkilatibaxımdan möhkəmlənmə, həm də praktiki fəaliyyətdə yeni yanaşmalarınformalaşdığı bir dövr kimi dəyərləndirmək olar.

AHİK-in son bir ildəki fəaliyyətində hansı əsas yeniliklərixüsusi qeyd edərdiniz?

Son bir il ərzində AHİK-in fəaliyyətində bir sıra mühümyeniliklər həyata keçirilib.

İlk növbədə struktur islahatlarını, rəqəmsallaşma prosesininsürətləndirilməsini, əmək münasibətlərinin müasir tələblərəuyğunlaşdırılmasını, əməyin mühafizəsi və sosial tərəfdaşlığıngücləndirilməsini xüsusi qeyd etmək istərdim. Bu addımlar həmkarlarittifaqı hərəkatının inkişafında yeni mərhələnin əsasını qoyub.

Ən mühüm yeniliklərdən biri üzvlərimizin rahatlığı üçün tətbiqolunan e-AHİK sanatoriya-kurort elektron rezervasiya sistemidir. Busistem üzvlərə sağlamlıq və istirahət mərkəzlərinə yollayışlarışəffaf və operativ şəkildə, birbaşa elektron formada əldə etməkimkanı yaradır.

Bununla yanaşı, yollayışların “Bir pəncərə” prinsipi əsasındaverilməsi üçün Kurort Turizm İnformasiya Mərkəzi (KTİM) yaradılıb.KTİM müraciətlərin qəbulu, araşdırılması və yollayışlarınmərkəzləşdirilmiş şəkildə rəsmiləşdirilməsini vahid platformadabirləşdirərək prosesləri daha sistemli və səmərəli edib.

Nəticə etibarilə bu mexanizmlər şəffaflığı artırıb,müraciətlərin icra müddətini əhəmiyyətli dərəcədə qısaldıb vəvətəndaş məmnunluğunu yüksəldib. Ən vacibi isə həmkarlarittifaqlarının sosial yönümlü fəaliyyətinin real və ölçülə biləntəsiri üzvlərimiz tərəfindən artıq aydın şəkildə hiss olunur.

Bu çərçivədə fəaliyyət göstərən Çağrı Mərkəzi üzvlərlə operativəlaqənin qurulmasını, daxil olan müraciətlərin qeydiyyataalınmasını və müvafiq istiqamətlər üzrə yönləndirilməsini təminedir. Paralel olaraq, Konfederasiyanın məsul əməkdaşları tərəfindənvətəndaşların müntəzəm qəbulu təşkil olunur, müraciətlər yerindədinlənilir və onların həlli istiqamətində konkret addımlaratılır.
Eyni zamanda gənclərin həmkarlar ittifaqı fəaliyyətinə cəlbolunması məqsədilə 2024-cü ilin oktyabr ayından “AHİK könüllüləri”proqramı icra olunur. Qısa müddət ərzində bu təşəbbüsə maraqəhəmiyyətli dərəcədə artıb və artıq 700-dən çox gəncin müraciətiqeydə alınıb.

Əmək hüquqları sahəsində maarifləndirmənin gücləndirilməsiməqsədilə ölkənin tanınmış ictimai simalarının iştirakı ilə“Layiqli Əmək Səfirləri” layihəsi həyata keçirilir. Bu təşəbbüscəmiyyətdə layiqli əmək dəyərlərinin təşviqinə xidmət edir. Qeydolunan bütün fəaliyyətlər Konfederasiyanın 2025–2027-ci illər üzrətəsdiqlənmiş inkişaf strategiyasına uyğun şəkildə reallaşdırılır.Strategiya çərçivəsində müəyyənləşdirilmiş 7 prioritet, 12fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən Tədbirlər Planımərhələli şəkildə icra olunur və artıq praktiki nəticələrverməkdədir.

Bu yeniliklər təhsil işçilərinin həyatında hansı realdəyişikliklərə səbəb olub?

Əsas məqsədimiz elm və təhsil işçilərinin sosial rifahınıgücləndirmək, hüquqi təminatını və inkişaf imkanlarını artırmaqolub. Bu baxımdan son dövr həm təşkilati, həm sosial, həm dəmaarifləndirici istiqamətdə kifayət qədər zəngin olub.

Əmək hüquqlarının müdafiəsi artıq sistemli şəkildə həyatakeçirilir. Müraciətlərin qəbulu, araşdırılması vənəticələndirilməsi üzrə vahid mexanizm formalaşdırılıb. İşdən azadolunma, işə bərpa və əmək qanunvericiliyinin tətbiqi ilə bağlıməsələlər hüquqi çərçivədə həll olunur. 2024–2025-ci illəri əhatəedən dövrdə yüzlərlə müraciətə baxılıb, onlarla təhsil işçisininhüquqları bərpa olunub. Bu, müəllimlərin özlərini daha güvənli hissetməsinə şərait yaradır.

Sosial dəstək sahəsində də mühüm nəticələr əldə edilib. Sosialhəssas qruplar daim diqqət mərkəzində saxlanılır. 2025-ci ilərzində 71 min nəfərdən çox ittifaq üzvünə mükafat və maddiyardımlar təqdim edilib. Yardımlar sosial həssas təbəqədən olantəhsil işçilərinin ehtiyaclarına yönəlib. Eyni zamanda cari ilərzində ümimilikdə 40 min nəfər olmaqla təhsil işçisi və ailəüzvləri sanatoriya-kurort müəssisələrində güzəştli şərtlərləistirahət və sağlamlıq proqramlarından yararlanıb ki, bu da əvvəlkiillərlə müqayisədə təxminən üç dəfə artım deməkdir.
Bundan əlavə, AHİK-in cari ildə yaratdığı Əməyin Mühafizəsi vəHüquqi Yardım Mərkəzi vasitəsilə üzvlərə peşəkar hüquqi məsləhətlərvə maarifləndirici təlimlər təqdim olunur. AHİK-in təşəbbüsü iləETİHİ və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası iləbirgə həyata keçirilən layihələr çərçivəsində liderlik, effektivkommunikasiya, süni intellekt və əməyin təhlükəsizliyi mövzularınıəhatə edən “Sinerji” və IOSH təlim proqramları, eləcə də ETİHİ-ninüzv təşkilatlarının rəhbər şəxsləri üçün “Tətbiqi əmək hüququ vəsosial təminat” adlı sertifikasiya kursları təşkil olunub.

İdarəetmədə innovativ yanaşmaların öyrənilməsi, pedaqojiinkişafın təşviqi və məktəb rəhbərlərinin Avropa təcrübəsi ilətanışlığı məqsədi ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsüvə təşkilatçılığı əsasında Latviya və Litvada məktəb direktorlarıüçün beynəlxalq təcrübə proqramı həyata keçirilib.

Maarifləndirici və sosial layihələr də genişlənib. ÜmummilliLider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətiləali təhsil müəssisələrində tələbələrin iştirakı ilə bədiiyaradıcılıq müsabiqə-festivalı təşkil olunub, məktəblilər üçün “Ənyaxşı təqdimat” layihəsi reallaşdırılıb. “Həmkar təqaüdü” proqramıçərçivəsində təqaüd alanların sayı əvvəlki illərlə müqayisədə birneçə dəfə artırılmış və 2025-ci ildə 408 tələbə bu təqaüdlə təminolunub. Hənifə Məlikova adına “Qızların Təhsilinə Dəstək”layihəsindən 189 tələbə, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumuçərçivəsində Qarabağ Universitetində təhsil alan 50 tələbə təqaüdproqramına cəlb edilib.

Eyni zamanda alimlər, məktəbəqədər təhsil işçiləri və şəhidailələri üçün sosial yönümlü düşərgələr təşkil edilib, şəhidövladlarının geyim və digər sosial ehtiyaclarını əhatə edənlayihələr uğurla icra olunub. Təxminən 10 min təhsil işçisini əhatəedən psixoloji dəstək proqramı, 500 ittifaq üzvünün iştirak etdiyi“Ustad dərsi” layihəsi, eləcə də 3 min nəfər təhsil işçisini əhatəedən xüsusi güzəştli qiymətlərlə təqdim edilən “Push-30” layihəsihəyata keçirilib.

Sağlam həyat tərzinin təşviqi məqsədilə 1200 nəfər təhsilişçisinin qatıldığı “Spartakiada” yarışları keçirilib, həmçininmüəllimlərimiz Bolqarıstanda keçirilən Müəllimlərin XXI Yay İdmanOyunları çərçivəsində təşkil olunmuş beynəlxalq yarışlarda ölkəmiziuğurla təmsil ediblər. Sözügedən yarışlarda stolüstü tennis vəfərdi şahmat yarışları üzrə birinci yer qazanılıb.

Bundan əlavə, ABŞ-nin “Society for Science” təşkilatı tərəfindəntəşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF)çərçivəsində ölkəmizdə IX-XI siniflərdə təhsil alan şagirdlərarasında “Sabahın alimləri” XIV Respublika Müsabiqəsi keçirilib.138 layihə sərgidə iştirak edib və 58 layihə üzrə 106 şagird qalibelan edilib. 5 layihə üzrə 9 şagird ABŞ-nin Ohayo ştatının Kolumbusşəhərinə səfər edib və kompüter elmləri üzrə 1 layihə bürünc medalqazanıb. Eyni zamanda Milli Təhsil Zirvəsi kimi mühüm təşəbbüslərhəyata keçirilib.

Bu istiqamətdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasınınhəyata keçirdiyi layihələr də xüsusi əhəmiyyət daşıyır. Bulayihələr sırasında “Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu”nuxüsusi qeyd etmək istəyirəm. Forum gənc pedaqoqlar arasında peşəkarünsiyyətin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarınınyaradılması baxımından mühüm platforma oldu.

Eyni zamanda son aylarda Gəncə Basketbol Klubunun idarəçiliyininETİHİ-yə həvalə olunması təşkilatın idman və gənclərlə iş sahəsindəfəaliyyətinin genişləndirilməsi baxımından mühüm addımdır.

Bununla yanaşı, ETİHİ-nin beynəlxalq əməkdaşlıq və idmanıntəşviqi istiqamətində fəaliyyəti də xüsusi diqqət mərkəzində olub.Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa UniversitetləriFutzal Çempionatında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ,Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinintəşkilatçılığı, AFFA, Azərbaycan Həmkarlar İttifaqları İdmanTəşkilatları Assosiasiyası və Azərbaycan İdman Akademiyasınındəstəyi ilə ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasınınkomandası çempionatın qalibi olaraq möhtəşəm nailiyyətə imzaatıb.

2025-ci il ərzində təşkil edilən ali təhsil müəssisələrinintələbələri arasında intellektual yarışlara 13 min tələbəqatılmışdır.
Həyata keçirilən layihələr çoxdur. Hesab edirəm ki, əldə olunan bunəticələr həm sağlam həyat tərzinin təşviqi, həm də həmkarlarittifaqları arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsibaxımından mühüm əhəmiyyət daşıyır.

ETİHİ Respublika Komitəsi olaraq bu proseslərdə iştirakınız necəqurulub?

ETİHİ olaraq AHİK-in bütün təşəbbüslərində fəal iştirak edirik.Əsas məqsədimiz qəbul olunan qərarların və tətbiq olunanyeniliklərin təhsil işçilərinə real fayda verməsini təmin etməkdir.Son bir il ərzində üzv bazasının dəqiqləşdirilməsi, elektronsistemlərin tətbiqi, mühasibat və idarəetmə uçotununavtomatlaşdırılması istiqamətində ardıcıl və sistemli işlərgörülüb. Bu addımlar şəffaflığı və operativliyi əhəmiyyətlidərəcədə artırıb.

Hüquqi dəstək və əməyin mühafizəsi sahəsində görülən işlərbarədə nə deyə bilərsiniz?

Hüquqi dəstək və əməyin mühafizəsi sahəsi fəaliyyətimizin əsasistiqamətlərindəndir. Bu məqsədlə yaradılmış Əməyin Mühafizəsi vəHüquqi Yardım Mərkəzi vasitəsilə üzvlərimizə peşəkar hüquqiməsləhətlər verilir, eyni zamanda maarifləndirici təlimlər vəpraktiki sessiyalar təşkil edilir. Məqsəd problemləri vaxtındaaşkar etmək və onları hüquqi çərçivədə həll etməkdir. Bir sözlə hərbir təhsil işçisi bilməlidir ki, onun əmək hüquqları, iş şəraiti vəya təhlükəsizliklə bağlı müraciət edə biləcəyi etibarlı və əlçatanbir ünvan var.

Özəl təhsil müəssisələri ilə bağlı fəaliyyət hansımərhələdədir?

Özəl təhsil müəssisələri ilə bağlı fəaliyyətimiz ardıcıl vəməqsədyönlü şəkildə davam etdirilir. Əsas istiqamətlərdən biri bumüəssisələrdə kollektiv müqavilələrin bağlanmasının təşviqi vətətbiqidir. Məhz bu müqavilələr vasitəsilə özəl təhsil sahəsindəəmək şəraitinin yaxşılaşdırılması, ittifaq üzvlərinin əmək, sosialvə iqtisadi hüquqlarının, eləcə də qanuni mənafelərinin dahaetibarlı şəkildə qorunması təmin olunur.

Aparılan işlərin nəticəsi olaraq özəl təhsil müəssisələrindəçalışan əməkdaşların həmkarlar ittifaqına marağı artıb və onlarkönüllü şəkildə ittifaqımıza üzv olublar. Son bir il ərzindətəxminən 10 özəl təhsil müəssisəsində həmkarlar ittifaqıtəşkilatları yaradılıb və ETİHİ-yə üzv olub.

Regionlarla iş necə təşkil olunur?

Hazırda regionlarda 6 minə yaxın ilk həmkarlar ittifaqıtəşkilatı fəaliyyət göstərir. İlk təşkilat sədrləri ilə mütəmadiolaraq keçirilən görüşlər, yerində aparılan müzakirələr vəqarşılıqlı fikir mübadiləsi real vəziyyəti düzgün qiymətləndirməyəimkan verir. Regionlarda görülən işlər, həmçinin səsləndiriləntəklif və təşəbbüslər gələcək fəaliyyət planlarımızınformalaşmasında mühüm rol oynayır.
Elm və Təhsil Nazirliyi ilə yeni Kollektiv Saziş imzalanıb və üzvtəşkilatlarımız, eləcə də həmkarlar ittifaqları təşkilatlarımız daişəgötürənlərlə müvafiq qaydada kollektiv müqavilələr bağlayıblar.Bütün bu addımlar təhsil işçilərinin əmək hüquqlarının qorunmasınaxidmət edir.

Sonda elm və təhsil işçilərinə mesajınız nədir?

Elm və təhsil işçilərinin rifahı, təhlükəsiz və layiqli əməkşəraiti fəaliyyətimizin əsas istiqamətidir. Bu yolda birlik,qarşılıqlı etimad və əməkdaşlıq əsas dəyərlərimizdir. ETİHİ olaraqhər zaman təhsil işçisinin yanında olmağa, onları dəstəkləməyədavam edəcəyik. Birlikdə daha güclü və daha dayanıqlı əmək mühitiquracağımıza inanırıq.

ETİHİ-nin
ETİHİ-nin
ETİHİ-nin
ETİHİ-nin
ETİHİ-nin
ETİHİ-nin
ETİHİ-nin
ETİHİ-nin
ETİHİ-nin
ETİHİ-nin
ETİHİ-nin
ETİHİ-nin
Избранный
47
9
az.trend.az

10Источники