RU

Xames Rodrigez MLS klubuna keçə bilər

Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriges karyerasını MLS-də davam etdirə bilər.

İdman.Biz bu barədə Marca-ya istinadən xəbər verir.

Oyunçunun Meksika klubu “Leon” ilə müqaviləsi başa çatıb. O, əvvəlcə 2026-cı il dünya çempionatından əvvəl formasını bərpa etmək üçün Meksikada qalmaq istəyirdi. Mediada yarımmüdafiəçini “UNAM Pumas” və “Cruz Azul” ilə əlaqələndirən şayiələr yayılsa da, konkret nəsə məlum deyil.

Mənbənin məlumatına görə, Xames MLS komandası olan “Kolambus Kryu”ya keçməyə yaxındır, “Orlando Siti” də yarımmüdafiəçi ilə maraqlanır. Bundan əlavə, Braziliya klubu “Santos”un ona maraq göstərdiyinə dair şayiələr təsdiqlənməyib.

İdman.Biz
Избранный
80
1
idman.biz

2Источники